Kamran Zeynalov Dünya Kubokunun qalibi olub
Azərbaycan paratıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Para Atıcılıq üzrə Dünya Kubokunda uğurlu çıxış edərək 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növündə qızıl medal qazanıb.
Təsnifat mərhələsində 534 xal toplayan Kamran Zeynalov finala vəsiqə əldə edib. Final mərhələsində isə 222 xal nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb və Dünya Kubokunun qalibi adını qazanıb.
Dünya və Avropa çempionu olan Kamran Zeynalov növbəti dəfə beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edərək ölkəmizin para atıcılıq sahəsindəki nailiyyətlərinə daha bir mühüm uğur əlavə edib.
Azərbaycan Atıcılıq Federasiyası Kamran Zeynalovu və onun məşqçilərini bu möhtəşəm qələbə münasibətilə təbrik edir, qarşıdakı yarışlarda yeni uğurlar arzulayır.
Digər xəbərlər
Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb
15–19 sentyabr 2026-cı il tarixlərində Bakı Atıcılıq Mərkəzində keçirilən Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb.
Güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub
“Bakı 2026 – Dünya İdman Paytaxtı” çərçivəsində keçirilən güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub.
Doha 2026 Dünya Çempionatı LA28 yolunda ilk böyük sınaq olacaq
1–14 noyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək ISSF Dünya Çempionatında dünya titulları ilə yanaşı, Los Anceles-2028 Olimpiya Oyunlarına ilk 36 kvota yeri uğrunda mübarizə aparılacaq.