Stend Atıcılığı üzrə Ölkə Kuboku 2026 başa çatıb
Stend Atıcılığı üzrə Ölkə Kuboku 2026 başa çatıb
Azərbaycan Atıcılıq Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Stend Atıcılığı üzrə Ölkə Kuboku 2026 uğurla yekunlaşıb. Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarış ölkənin ən güclü stend atıcılarını bir araya gətirib.
Beş gün davam edən turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi stend növləri üzrə böyüklər və U21 yaş kateqoriyalarında qüvvələrini sınayıblar. Yarışlar ərzində iştirakçılar yüksək texniki hazırlıq, dəqiqlik və peşəkarlıq nümayiş etdirərək tamaşaçılara maraqlı və gərgin mübarizə təqdim ediblər.
Ölkə Kuboku həm təcrübəli idmançıların ustalıq səviyyəsinin qiymətləndirilməsi, həm də gənc atıcıların potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Yarışların yekununda qaliblər və mükafatçılar aşağıdakı kimi müəyyənləşib:
Səngər stendi – Ümumi kateqoriya
1-ci yer – Ramil Rüstəmzadə
2-ci yer – Mürtəza Novruzlu
3-cü yer – Tamerlan Məmmədov
Dairəvi stend – Ümumi kateqoriya
1-ci yer – Riqina Meftaxetdinova
2-ci yer – Niyaz Ağazadə
3-cü yer – Fuad Qurbanov
Səngər stendi – U-21
1-ci yer – Mürtəza Novruzlu
2-ci yer – Cəlal Məmmədov
3-cü yer – Nərmin Cəfərova
Dairəvi stend – U-21
1-ci yer – Məhəmməd Teyublu
2-ci yer – İslam Əjdərov
3-cü yer – Aslan Qurbanov
Ölkə Kuboku stend atıcılığı üzrə idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, rəqabət mühitinin gücləndirilməsi və perspektivli gənc idmançıların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edib.
Foto qalereya: Fotolara buradan baxın
Digər xəbərlər
Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb
15–19 sentyabr 2026-cı il tarixlərində Bakı Atıcılıq Mərkəzində keçirilən Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb.
Güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub
“Bakı 2026 – Dünya İdman Paytaxtı” çərçivəsində keçirilən güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub.
Doha 2026 Dünya Çempionatı LA28 yolunda ilk böyük sınaq olacaq
1–14 noyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək ISSF Dünya Çempionatında dünya titulları ilə yanaşı, Los Anceles-2028 Olimpiya Oyunlarına ilk 36 kvota yeri uğrunda mübarizə aparılacaq.