Azərbaycan Atıcılıq Federasiyası - Xəbərlər
XƏBƏRLƏR

LA28: tüfəng, tapança və stend yarışlarında final formatları təsdiqləndi

LA28: tüfəng, tapança və stend yarışlarında final formatları təsdiqləndi

ISSF Los Angeles 2028 Olimpiya Oyunları üçün atıcılıq idmanında final formatlarını təsdiqləyib. Yeni formatlar ISSF yarışlarında keçirilən sınaqlardan sonra hazırlanıb və məqsəd yarışların axıcılığını, tamaşaçı marağını və idmançıların çıxış imkanlarını artırmaqdır.

LA28 proqramında tüfəng, tapança və stend üzrə 15 medal yarışı olacaq. Əsas dəyişikliklər qarışıq komanda yarışlarına aiddir: 10m Air Rifle Mixed Team, 10m Air Pistol Mixed Team və Trap Mixed Team yarışlarında kvalifikasiyadan ən yaxşı 4 komanda birbaşa finala çıxacaq və hamısı eyni anda mübarizəyə başlayacaq.

Fərdi yarışlarda da dəyişikliklər var. 25m Rapid Fire Pistol Men finalında iştirakçı sayı 6-dan 8-ə artırılır. Həmçinin Trap və Skeet final yarışlarında da kişi və qadınlar üzrə finalist sayı 8 olacaq. 50m Rifle 3 Positions finalında isə dizüstü və uzanmış mərhələlər birləşdirilmiş vaxt limiti ilə keçiriləcək.

10m Air Rifle, 10m Air Pistol və 25m Pistol Women fərdi finalları isə Paris 2024 formatına uyğun olaraq dəyişməz qalacaq. İlk Olimpiya lisenziyaları bu formatlara əsasən ISSF World Championship Rifle / Pistol / Shotgun Doha 2026 yarışında veriləcək.

Xəbər linki: https://www.issf-sports.org/news/5086


Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb

Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb

15–19 sentyabr 2026-cı il tarixlərində Bakı Atıcılıq Mərkəzində keçirilən Güllə atıcılığı üzrə Ölkə Kuboku başa çatıb.

Güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub

Güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub

“Bakı 2026 – Dünya İdman Paytaxtı” çərçivəsində keçirilən güllə atıcılığı üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub.

Doha 2026 Dünya Çempionatı LA28 yolunda ilk böyük sınaq olacaq

Doha 2026 Dünya Çempionatı LA28 yolunda ilk böyük sınaq olacaq

1–14 noyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək ISSF Dünya Çempionatında dünya titulları ilə yanaşı, Los Anceles-2028 Olimpiya Oyunlarına ilk 36 kvota yeri uğrunda mübarizə aparılacaq.

Xəbərlərə qayıt